“ChatGPT” hələ sınaq mərhələsində olsa da, imkanları ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
“OpenAI” tərəfindən hazırlanan “ChatGPT” demək olar ki, hər şeyi bilən müəllim kimi bir çox suallara real cavablar verə bilir.
Artıq dünyanın məşhur media şirkətləri xəbər istehsalında süni intellekt botu olan “ChatGPT”dən istifadə etməyə başlayıb. Son zamanlar xəbərlərini süni intellektlə çap edən saytların sayında böyük artım da müşahidə olunub.
“Newsguard” adlı dezinformasiya əleyhinə təşkilatın apardığı araşdırmada siyasət, sağlamlıq, ətraf mühit, maliyyə və texnologiya kimi mövzularda süni intellekt tərəfindən hazırlanan məlumatları dərc edən 50 xəbər saytı müəyyən edilib.
Belə ki, “ChatGPT” kimi süni intellektli çatbotların çoxalması saxta xəbərlərin yayılmasına səbəb olur. Tədqiqatçılar bildirir ki, bu saytlar dəqiq xəbərlər verməkdənsə, reklamlardan pul qazanmağa üstünlük verir. Sözügedən saxta xəbərlərin qarşısını alacaq mexanizmin olmaması isə təhlükənin miqyasını daha da artırır.
QAZİLER.AZ