Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud Ərəb Dövlətləri Liqasının Sammiti üçün Suriya prezidenti Bəşər Əsədə dəvət göndərib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, Ərəb Dövlətləri Liqasının 32-ci Sammiti Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək. Sammitdən əvvəl Suriyanın iştirak edib-etməyəcəyi isə beynəlxalq müzakirə mövzusuna çevrilib.
ABŞ Suriya ilə normallaşmanın düzgün olmayacağı ilə bağlı ərəb ölkələrinə xəbərdarlıq edib. ABŞ-nin açıqlamalarından sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqasının 32-ci Sammiti üçün Suriya prezidenti Bəşər Əsədə dəvət göndərib.
Açıqlamaya görə, dəvətin Əsədə İordaniya səfiri Nayif Əl-Sudairi tərəfindən çatdırıldığı bildirilib. Suriya mediası Əsədin Kral Salmana dəvətinə görə təşəkkür etdiyini və keçiriləcək sammitin ərəblər arasında əməkdaşlığı gücləndirəcəyini bildirib.
Qeyd edək ki, Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri mayın 7-də sammitdən əvvəl ittifaqın qərargahının yerləşdiyi Misirin paytaxtı Qahirədə bir araya gəlib və görüşdə keçirilən səsvermədə Suriyanın birliyə qayıtması barədə qərara alınıb.
QAZİLER.AZ