NATO Yaponiya ilə Alyansın Tokioda ofisinin açılması imkanını müzakirə edir.
Qaziler.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqə istinadən CNN telekanalında məlumat yayılıb.
"Bəli, biz Yaponiya ilə Tokioda NATO ofisinin açılmasını müzakirə edirik. NATO-nun tərəfdaş ölkələrdə bir neçə ofisi var və Yaponiya NATO üçün çox yaxın və vacib tərəfdaşdır", - o deyib.
Stoltenberq qeyd edib ki, təhlükəsizlik regional olmaqdan çıxıb - o, qlobaldır.
“Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir".
NATO-nun baş katibi əlavə edib ki, Pekin Ukraynadakı hadisələri diqqətlə izləyir.
Xatırladaq ki, Yaponiyanın ABŞ-dakı səfiri Kodzi Tommita NATO-nun Tokioda ofisini açmaq niyyətini təsdiqləyib.
QAZİLER.AZ