Çili sahillərində yenidən zəlzələ olub

Çili sahillərində yenidən zəlzələ olub backend

Çili sahillərində Rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ olub.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Çilinin Valparaiso şəhəri yaxınlığında, dənizin dibindən 10 kilometr dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, sentyabrın 17-də Çilidə 8,4 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Nəticədə 12 nəfər həlak olmuş, milyona qədər

insan isə təxliyə edilmişdi.
Diaspora