İmran Xanın həbsinə etiraz edən 4 nəfər ölüb

İmran Xanın həbsinə etiraz edən 4 nəfər ölüb backend

Pakistanın hüquq-mühafizə orqanları sabiq Baş nazir İmran Xanın başçılıq etdiyi müxalif Təhrik-i-İnsaf Partiyasının sədr müavini, keçmiş xarici işlər naziri Şah Mehmud Qureşini saxlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, aksiyaları qızışdırmaqda və təşkil etməkdə ittiham olunur.

Bundan başqa, təşkilatın Baş katibi Əsəd Ömər saxlanılıb.

Həkimlərin bildirdiyinə görə, İmran Xanın həbsinə etiraz olaraq keçirilən aksiyalar zamanı azı 4 nəfər ölüb.  Mindən çox etirazçı isə tutulub.

Diaspora