ABŞ-da 4 məhbus həbsxanadan damdakı dəlikdən çıxaraq qaçıblar.
Qaziler.az bildirir ki, ABŞ-da 4 məhbus damdakı dəlikdən istifadə edərək həbsxanadan qaçıblar.
Bu barədə “Daily Mirror” məlumat yayıb.
Hadisə bu ilin aprel ayında Missisipidə, Cekson şəhəri yaxınlığında baş verib. Məhkumların yoxa çıxması ertəsi gün məlum olub. Həbsxana işçiləri kameraya baxış keçirib, tavanda və damda dəlik aşkar ediblər. Bundan sonra onların qaçdığı məlum olub.
Dairə şerifi Tayri Consun sözlərinə görə, onlar bir müddət damda gizləniblər və yalnız bundan sonra islah müəssisəsinin ərazisini tərk ediblər.
QAZİLER.AZ