Braziliyanın sədrliyi ilə baş tutacaq "G20" sammiti gələn ilin noyabrında Rio-de-Janeyroda keçiriləcək.
Bu barədə "O Globo" məlumat yayıb.
Braziliyada keçiriləcək tədbirlərdə 10-dan çox müşahidəçi dövlətin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, bu ilin dekabrında qrupa sədrlik Hindistandan Braziliyaya keçəcək.