Peskov Putinin mayın 9-na olan planlarını açıqlayıb

Peskov Putinin mayın 9-na olan planlarını açıqlayıb backend

“Mayın 9-da Moskvaya gələn MDB ölkələrinin başçıları Rusiya prezidenti Vladimir Putinlə birlikdə naməlum əsgərin məzarına əklil qoyacaqlar”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Onun sözlərinə görə, səhər saatlarında dövlət başçısı üçün qeyri-rəsmi səhər yeməyi planlaşdırılır və Qələbə Paradında onunla birlikdə digər ölkələrin prezidentləri də tribunada olacaq.

“Parad səhər saat 10-da başlayacaq. Prezident çıxış edəcək. Dövlət başçıları onunla birlikdə tribunada olacaqlar. Bundan əlavə, naməlum əsgərin məzarına birgə əklil qoyulacaq, daha sonra prezidentlə dövlət başçılarının qeyri-rəsmi səhər yeməyi planlaşdırılır”, - Peskov bildirib.

QAZİLER.AZ

Diaspora