Fransada son 24 saat ərzində 25 mindən çox ildırımın çaxması qeydə alınıb.
Qaziler.az xəbər verir ki, Fransanın Keraunos Qasırğa və Fırtına Rəsədxanasının “Twitter” hesabından verilən məlumata görə, dünən günortadan sonra başlayan fırtınalı hava şəraiti zamanı son 24 saatda 25 mindən çox ildırım çaxması qeydə alınıb.
Belə ki, ildırımın düşdüyü bölgələrdə hər saatda orta hesabla 1041 dəfə ildırım çaxıb. Fırtınalı hava şəraiti ilə əlaqədar ölkənin şərqinə güclü dolu yağıb.
Digər tərəfdən sosial mediada ölkənin müxtəlif bölgələrində ildırımın çaxdığı anların görüntüləri paylaşılıb.
Fransa mətbuatı pis hava şəraitindən 69 bölgədə narıncı həyəcan səviyyəsinə keçildiyini bildirib.
QAZİLER.AZ