Konqoda bir günlük matəm elan edilib

Konqoda bir günlük matəm elan edilib backend

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Cənubi Kivu əyalətində 394 nəfərin ölümünə səbəb olan sel fəlakətindən sonra ölkədə milli matəm elan edilib.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, KDC prezidenti Feliks Tshisekedi Cənubi Kivu əyalətində ötən həftə yağan güclü  yağışların səbəb olduğu daşqınlarla bağlı açıqlama verib.

Tşisekedi Cənubi Kivuda baş verən sel fəlakəti ilə əlaqədar ölkədə bir günlük milli matəm elan edildiyini bildirib.

Qeyd edək ki, ştatda yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub və bir çox kəndləri su basıb. Təbii fəlakət zamanı indiyədək 394 nəfərin cəsədi tapılıb.

Çox sayda insanın itdiyi fəlakətdə axtarış-xilasetmə işləri davam edir.

QAZİLER.AZ

Diaspora