Putin Moldova liderinin 9 May Qələbə Gününü təbrik etmədi

Putin Moldova liderinin 9 May Qələbə Gününü təbrik etmədi backend

Rusiya prezidenti Vladimir Putin bu il Moldova prezidenti Maya Sanduya Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyasını məğlub etməsi səbəbindən qeyd olunan 9 May Qələbə Günü münasibətilə təbrik mesajı göndərməyib.

Qaziler.az xəbər verir ki, Kreml Sarayının bəyanatına görə, Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərinə, eləcə də qondarma Abxaziya və Cənubi Osetiya liderlərinə təbrik məktubu göndərib. Lakin Putin Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümündə Putin Moldova prezidenti Sanduya təbrik mesajı göndərməyib.

Moldova və Gürcüstan vətəndaşlarını ayrılıqda təbrik edən Putinin ötən il mesaj göndərdiyi Ukrayna xalqını bu il təbrik etməməsi diqqət çəkib.

QAZİLER.AZ

Diaspora