Vyetnamda indiyə qədər qeydə alınan istilik ən isti temperaturu olub.
Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, ölkədə temperatur 44 dərəcədən bir qədər çox müşahidə edilib. Mütəxəssislər iqlim dəyişikliyinə görə rekordun qısa müddətdə yenilənəcəyi qənaətindədirlər.
Rekord ölkənin şimalındakı Thanh Hoa bölgəsində yenilənib. Səlahiyyətlilər ictimaiyyətə günün ən isti saatlarında evdən çıxmamaq barədə xəbərdarlıq edib.
Regionun digər ölkələrində də çox yüksək temperatur müşahidə olunub.
Qeyd edək ki, Vyetnamda bundan əvvəlki temperatur rekordu 43,4 dərəcə qeydə alınıb.
QAZİLER.AZ