Okeanlarda temperatur rekord həddə qalxıb

Okeanlarda temperatur rekord həddə qalxıb backend

Okeanlarda temperatur aprel ayında indiyə qədər qeydə alınan ən yüksək səviyyəyə çatıb.

Atmosferə atılan qazların səbəb olduğu düşünülən istixana effekti nəticəsində Yer kürəsində il boyu quruda, dənizdə və havada ölçülən orta temperaturda artım müşahidə olunur.

Sözügedən temperatur artımının yaratdığı qlobal istiləşmədən ən çox təsirlənən okeanlardır.

Okeanlar 2022-ci ildə qeydə alınmış ən isti okeanlar kimi qeydə alınıb. Temperaturun artması 2023-cü ildə də davam edib.

Əldə edilən məlumatlara görə, 2023-cü ilin əvvəlində okeanlarda sürətli istiləşmənin müşahidə edildiyi və temperaturun 21,1 dərəcəyə yüksəldiyi bildirilir.

Alimlər ilk dəfə 2035-ci ildə Şimal Buzlu Okeanın iqlim dəyişikliyi səbəbindən yayda tamamilə buzsuz qala biləcəyi barədə xəbərdarlıq etmişdilər.

QAZİLER.AZ

Diaspora