Tim Kuk süni zəkayla bağlı xəbərdarlıq etdi: Ehtiyyatlı olun!

Tim Kuk süni zəkayla bağlı xəbərdarlıq etdi:  Ehtiyyatlı olun! backend

“Apple” şirkətinin Baş direktoru Tim Kuk süni intellektlə bağlı mühüm açıqlamalar verib və hər kəsi diqqətli olmağa çağırıb.

Xüsusilə indiki vaxtda ChatGPT kimi chatbotların populyarlaşması süni intellekt bazarına marağı artırıb.

Dünyada bir sıra ölkələrin hökumətləri və şirkətləri süni intellektlə bağlı müxtəlif görüşlər keçirərək risklərə qarşı tədbir görməyə çalışırlar.

“Apple”ın baş direktoru Tim Kuk da süni zəkanın potensialının böyük olduğunu və diqqətli olmağı məsləhət görüb.

“Apple”ın rəqibləri “Microsoft” və “Google” sürətlə məhsuldar süni intellekti inkişaf etdirsələr də, “Apple” daha ehtiyatlı davranır.

“Süni zəkanı çox böyük görürük və məhsullarımızda süni intellektdən çox diqqətlə istifadə edəcəyik”, - Kuk qeyd edib.

QAZİLER.AZ

Diaspora