Kosmosa getmək üçün biletin qiymətləri məlum oldu

Kosmosa getmək üçün biletin qiymətləri məlum oldu backend

Son illər bir çox şirkətin üzərində çalışdığı kosmos turizmi gələcəkdə insanların kosmosa rahat səyahət etmələrini təmin edəcək.

Qaziler.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, “Virgin Galactic” və “Blue Origin” kimi şirkətlər tərəfindən təqdim edilən yüksək sürətli orbital uçuş paketləri insanların Yer atmosferinə çox daha rahat yaxınlaşmasını təmin edəcək.

Bəs kosmosa getmək üçün nə qədər pul ödənməlidir?

“Virgin Galactic” 90 dəqiqəlik kosmosa səyahət üçün 450.000 dollar tələb edir. “VSS Unity” kosmik gəmisi sərnişinləri 80 kilometr yüksəkliyə aparacaq. İlk sərnişinlər çox güman ki, bu yay və ya gələn ilin əvvəlində kosmosa gedə biləcəklər.

Ceff Bezosa məxsus “Blue Origin” kosmik şirkəti biletləri 200-300 min dollara satacaq. Ümumi səyahət 10 dəqiqə çəkəcək, səyahət zamanı sərnişinlər 100 km yüksəkliyə çıxa biləcəklər.

Digər kosmik şirkət “Axiom Space” biletləri heyrətamiz qiymətə - 55 milyon dollara satacaq. Sərnişinlər ümumilikdə 10 gün kosmosda, 8 gün Beynəlxalq Kosmik Stansiyada qalacaqlar.

Sərnişinləri hava şarları ilə kosmosa daşımaq istəyən “Space Perspective” isə biletləri 125 min dollara satır. Sərnişinlər 20 km hündürlükdən 6 saat ərzində Yer kürəsini müşahidə edə biləcəklər.

QAZİLER.AZ

Diaspora