Bu gün iclası keçirilən Litvanın Milli Müdafiə Şurası Milli Müdafiə Nazirliyinin diviziya ölçüsündə hərbi hissənin yaradılması təklifini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə Litva prezidentinin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Kestutis Budrisin Lrytas.tv-yə iverdiyi məlumatda deyilir.
Onun sözlərinə görə, bu, Rusiyanın hərbi potensialını artırmaq planlarının qiymətləndirilməsinə cavab olacaq.
Budris əlavə edib ki, ölkə 2030-cu ilə qədər Litva ordusunun belə bir hissəsinin yaradılmasına çalışacaq.
QAZİLER.AZ