Kiyev və Moskva 2023-cü ilin sonuna kimi danışıqlara başlaya bilər - WSJ

Kiyev və Moskva 2023-cü ilin sonuna kimi danışıqlara başlaya bilər - WSJ backend

Ukraynanın qarşıdan gələn əks-hücum əməliyyatı Rusiya və Ukrayna arasında 2023-cü ilin sonunda Çinin vasitəçiliyi ilə baş tuta biləcək sülh danışıqlarını yaxınlaşdıra bilər.

Qaziler.az bildirir ki, bunu Amerika və Avropa rəsmilərinin fikrinə istinadən The Wall Street Journal (WSJ) yazır. Nəşr bildirir ki, əvvəllər Çinin vasitəçi roluna şübhə ilə yanaşan Qərb indi Kiyev və Moskva arasında danışıqlarda Pekinin iştirakını dəstəkləməyə hazırdır.

WSJ-nin istinad etdiyi rəsmi şəxslərin sözlərinə görə, dəyişiklik heç bir tərəfin müharibəni sonsuza qədər davam etdirə bilməyəcəyi inamından irəli gəlir və Pekinin beynəlxalq sülh danışıqlarında rol oynamağa hazır olması sınaqdan keçirilməlidir.

Bununla belə, WSJ-nin həmsöhbətləri Rusiyanın prezident Vladimir Putin dövründə atəşkəslə bağlı danışıqlar aparılacağına əmin deyillər.

QAZİLER.AZ

Diaspora