Ukraynanı dəstəkləyən Slovakiyanın baş naziri istefa verib

Ukraynanı dəstəkləyən Slovakiyanın baş naziri istefa verib backend

Slovakiyanın müvəqqəti baş naziri Eduard Heqer tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya-Ukrayna müharibəsində Kiyevə tam dəstəyi ilə tanınan Heqer istefa ərizəsini prezident Zuzana Çaputova təqdim edib.

Heqer açıqlamasında bildirib ki, bu qərarı ölkədəki siyasi vəziyyət və Slovakiya üçün ən yaxşısını istədiyi üçün verib.

Bu istefadan dərhal sonra Prezident Çaputova ölkəni sentyabrda keçiriləcək seçkilərə aparacaq texnokratik hökumət qurmaq qərarına gəldiyini açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, Çaputova ölkəni seçkilərə aparacaq hökuməti formalaşdırmağı Slovakiya Milli Bankının vitse-prezidenti Ludovit Odora həvalə edib.

QAZİLER.AZ

Diaspora