Türkiyənin Çanaqqala şəhərindən Yunanıstanın Midiya adasına getmək istəyən miqrantların qayığı sərnişin gəmisi ilə toqquşub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, içində 46 miqrantın olduğu qayıq toqquşma nəticəsində batıb.Qəzada 4-ü uşaq olmaqla 13 nəfərin cəsədi dənizdən çıxarılıb. 20 nəfər xilas edilib, daha 13 nəfərin isə itkin düşdüyü deyilir.