34 yaşlı Dubay şahzadəsi öldü

34 yaşlı Dubay şahzadəsi öldü backend

Dubay əmirinin oğlu vəfat edib. APA TV-nin xəbərinə görə, Dubay hakimi Məhəmməd bin Rəşid əl-Məktumun katibliyindən bildirilib ki, bununla əlaqədar ölkədə üç günlük matəm elan olunub.

Əmirin oğlu, şahzadə Şeyx Rəşid bin Məhəmməd əl-Məktum 34 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişib. Mərhum Dubay hakiminin 22 uşağından ikincisidir.

Şeyx Rəşid 2008-2010-cu illərdə BƏƏ-nin Olimpiya Komitəsinə rəhbərlik edib. Bundan sonra o, dövlət vəzifələrinə gətirilməyib və şəxsi biznesi ilə məşğul olub.
"Forbes" 2010-cu ildə onun varidatının 1,9 milyard dollar olduğunu yazıb.

Diaspora