Bu gün Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.
QAZİLER.AZ APA-nın Britaniya bürosuna istinadən verdiyi xəbərə görə, tacqoyma mərasimi Britaniya vaxtı ilə saat 11:00-da Westminster Abbey-də keçiriləcək.
Kral Çarlz və Kraliça Kamilla saat 10:20-də Bakinqam Sarayından avtomobil karvanı ilə London küçələrindən keçərək “Westminster Abbey”ə gələcəklər.
Hazırda 10 minlərlə insan sarayın qarşısında və avtomobil karvanının yollarda Kralı görmək üçün toplaşıb.
“Westminster Abbey”dəki mərasimdən sonra Kral və Kraliça, Uels Şahzadəsinin uşaqları Corc, Şarlotta və Lui də daxil olmaqla kral ailəsinin digər üzvlərinin qatıldığı daha böyük bir mərasim karvanı ilə Bakimqam Sarayına qayıdacaqlar.
Daha sonra onların hamısı sarayın eyvanından xalqı salamlayaraq günün təntənəli tədbirlərini yekunlaşdıracaqlar.


