Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Vaqner Qrupu Baxmutdan geri çəkilərsə, şəhərdə onların yerini çeçen döyüşçüləri tutacaq.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında açıqlayıb. O, döyüş sursatı çatışmazlığından böyük itkilər verərək Baxmutdan geri çəkildiyini elan edən Yevgeni Priqojinin ifadələrini eşitməkdən narahat olduğunu bildirib. Həmçinin, Çeçenistan rəhbəri RF Müdafiə Nazirliyinin şərhlərinin olmamasından əsəbiləşib.
“Əgər böyük qardaş Priqojin və Vaqner [Baxmutu] tərk etsələr, o zaman Baş Qərargah təcrübəli döyüş bölməsini itirəcək, kiçik qardaşı Kadırov və Axmat isə onun Artyomovskdakı yerinə gələcəklər. Əgər ssenari belədirsə, o zaman döyüşçülərimiz irəliləməyə və şəhəri tutmağa hazırdırlar. Bu bir neçə saatlıq məsələdir”, - Kadırov bildirib.
QAZİLER.AZ