Qazaxıstan 250 əsgərini Afrika qitəsinə xidmətə göndərməyə hazırlaşır.
Qaziler.az “internethaber.com”a istinadla xəbər verir ki, Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov paytaxt Astanada keçirilən ordunun ümumi yığıncağında açıqlama verib.
Qazaxıstan əsgərlərinin sülhməramlı missiyalarda iştirak coğrafiyasının genişləndiyini qeyd edən Jaksilikov, “Son 10 ildə Birləşmiş Millətlər Təşkilatının bölməsində 600-dən çox hərbi qulluqçu xidmət edib. İndi 250 əsgərimiz Afrikada missiyaya hazırlaşır”, - ifadələrini işlədib.
Nazir Jaksilikov əsgərlərin Afrikanın hansı ölkəsinə gedəcəyi ilə bağlı ətraflı məlumat verməyib.
QAZİLER.AZ