Kanadada 9 məhbus evtanaziya ilə həyatına son qoyub

Kanadada 9 məhbus evtanaziya ilə həyatına son qoyub backend

Kanadada aparılan araşdırmaya görə son 7 ildə ölkədəki həbsxanalarda qalan 9 məhbus evtanaziya ilə həyatlarına son qoyub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Kalqari Universitetinin Sosial Xidmətlər Departamentinin müəllimi Jessica Shaw tərəfindən həbsxanalarda tibbi yardımlı ölüm halları ilə bağlı aparılan araşdırma, evtanaziya ilə həyatlarını sonlandırmaq istəyənlərin sayının ölkədə məhbuslar arasında çox olduğunu göstərib.

Araşdırmaya görə, Kanadada evtanaziyaya icazə verən qanunun qüvvəyə mindiyi 2016-cı ilin iyunundan 2023-cü il martın 31-dək 27 məhbus evtanaziya üçün müraciət edib. Müraciət edənlərdən 9-nun arzusu yerinə yetirilib və evtanaziya ilə həyatlarına son qoyulub.

Shaw-nun araşdırmasına görə oxşar təcrübə son illərdə İsveçrə, Belçika və İspaniya həbsxanalarında da həyata keçirilir. Bu ölkələrin hər birində yalnız bir məhbus evtanaziya yolu ilə həyatına son qoyub.

Shaw qeyd edib ki, müraciətlərin bildirilməsi və qərarların necə qəbul edilməsi ilə bağlı şəffaflığın olmaması narahatlıq doğurur.

Kanada dünyada tibbi yardımla ölümü məhbuslar üçün bir hüquq kimi təsdiqləyən və buna nail olmaq üçün təlimatlar təklif edən yeganə ölkə kimi tanınır.

Rəsmi statistikaya görə, təxminən 32.000 kişi və qadın məhbusun saxlanıldığı Kanada həbsxanalarında məhbusların əksəriyyəti 50 və daha yuxarı yaşda olan məhbuslardır.

QAZİLER.AZ

Diaspora