ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun rəhbərliyi dövründə COVID-19 epidemiyası səbəbindən qüvvəyə minən və sığınacaq axtaranların geri qaytarılması üçün istifadə edilən “Maddə 42” adlı hüquqi tənzimləmənin başa çatmasıyla ABŞ-ın “üçüncü dünya ölkəsi” olacağını irəli sürüb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, o bu barədə özünün “TruthSocial” sosial şəbəkəsində paylaşım edib.
Müvafiq tənzimləmənin gələn həftə bitəcəyini bildirən Tramp, "Bu tarix biabırçı şəkildə tarixə düşəcək. Sərhədlərimiz tamamilə dağılacaq. Rəsmi olaraq üçüncü dünya ölkəsi olacağıq", - ifadəsini işlədib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti 42-ci maddənin müddətinin başa çatması ilə əlaqədar daxili immiqrasiya orqanlarına dəstək vermək üçün ölkənin cənub sərhəddinə 1500 hərbçi yerləşdirəcəyini açıqlayıb.
COVID-19 epidemiyası səbəbiylə "ictimai sağlamlıq" səbəbiylə Trump administrasiyası tərəfindən 2020-ci ildə qüvvəyə minən ictimai səhiyyə qanununun bir hissəsini təşkil edən "Maddə 42" tənzimləməsi, qeyri-qanuni immiqrantları deportasiya etmək üçün istifadə edilib.
ABŞ-dakı hazırkı Joe Biden administrasiyası da "insani sığınacaq sistemi" yaratmaq vədi ilə təcrübəni davam etdirmək qərarına gəlib.
QAZİLER.AZ