Süni intellekt təhlükəsi ilə bağlı Ağ Evdə iclas keçirilib

Süni intellekt təhlükəsi ilə bağlı Ağ Evdə iclas keçirilib backend

“Google”, “Microsoft”, “OpenAI” və “Anthropic” şirkətlərinin baş direktorları süni intellekti müzakirə etmək üçün ABŞ-nin vitse-prezidenti Kamala Harris və yüksək səviyyəli menecerlərlə görüşüblər.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb “ChatGPT” kimi söhbət botlarının populyarlaşması süni intellekt bazarına marağı artırıb. Hökumətlər isə süni zəka ilə bağlı müxtəlif görüşlər keçirərək risklərə qarşı tədbir görməyə çalışırlar.

Toplantıda qısa müddətə də olsa iştirak edən ABŞ prezidenti Co Bayden texnologiya nəhənglərindən ictimaiyyəti qorumaq üçün addımlar atmalarını istəyib:

“Etdiyiniz iş böyük potensialla yanaşı, böyük təhlükə də ehtiva edir. Ümid edirəm ki, cəmiyyəti qorumaq üçün ən çox ehtiyacımız olan şeylər və irəliləyişlər barədə bizi məlumatlandırırsınız”.

Qeyd edək ki, aprel ayında Bayden süni intellektin təhlükəli olub-olmamasının hələ aydın olmadığını, lakin texnologiya şirkətlərinin məhsullarının təhlükəsiz olmasını təmin etmək üçün məsuliyyət daşıdığını vurğulayıb.

QAZİLER.AZ

Diaspora