Bir qız və bir oğlan övladlarını 150 min dollara satmağa cəhd edən valideynlər cinayət başında yaxalanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İraqda dəhşətli hadisə baş verib.
Bir ailə 2 uşağını 150 min dollara satmağa çalışıb.
İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat İdarəsi Anbar şəhərində bir qız və bir oğlan övladlarını satmağa çalışan valideynlərin saxlanıldığını açıqlayıb.
Açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələri xəbərdarlıqla hərəkətə keçib və ailə cinayət başında yaxalanıb.
QAZİLER.AZ
