Çexiya prezidenti Petr Pavel Ukrayna lideri Vladimir Zelenskiyə əfsanəvi Çex tapançası "CZ 75" hədiyyə edib.
Qaziler.az bildirir ki, bu barədə Çexiya prezidenti Petr Pavel “Twitter” səhifəsində yazıb.
"2022-ci ilin fevralında Rusiya Ukrayna xalqının əzminə ağır zərbə vurdu. Çex silahları da onlara döyüşdə əvvəldən kömək edir. Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq, Vladimir Zelenskiyə 22 seriyalı əfsanəvi "CZ 75"-i verdim.”, - deyə o, yazıb.
QAZİLER.AZ
