PKK-lı mühakimə olunacaq - İsveç tarixində İLK

 PKK-lı mühakimə olunacaq - İsveç tarixində  İLK backend

İsveçdə terror təşkilatı PKK/YPG-yə xərac toplayan şəxsin bir neçə həftə ərzində "terrorizmi maliyyələşdirmək, qəsb etməyə cəhd və silahlı hücum" ittihamı ilə mühakimə olunacağı bildirilib.

Qaziler.az bildirir ki, İsveç dövlət radiosu SR İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxsin mühakimə olunacağını bildirib.

SR-yə açıqlama verən prokuror Hans İhrman, "PKK İsveçdə şantaj yolu ilə pul toplamaqda günahlandırılır. Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. araşdırıldıqca istintaq dərinləşir,- ifadələrdən istifadə edib.

Hadisənin ağır cinayət kimi qiymətləndirilməsi lazım olduğunu qeyd edən İhrman: "Bu işdə terroru maliyyələşdirmə cəhdi ciddi cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror hücumlarına getməsi riski var idi. PKK təkcə 2022-ci ildə dünyada 54 zorakılıq aktı törədib. Bu hücumlarda çoxlu mülki vətəndaş həlak olub”. deyib.

İsveç mediası xəbər verir ki, yanvar ayında saxlanılan şübhəli restorana girərək PKK üçün pul tələb etdikdən və silahla atəş açdıqdan sonra "terrorçuluğu maliyyələşdirməkdə və qəsb etməkdə şübhəli bilinərək" həbs edilib.

Mənbə:AA

QAZİLER.AZ

 

 

 

Diaspora