Şimali Afrika sahillərindən yola çıxan və Aralıq dənizi üzərindən İtaliyaya getməyə çalışan qaçqınların xilas edilməsi üçün son 24 saat ərzində 20 əməliyyat təşkil edilib.
APA TV-nin məlumatına görə, İtaliya Sahil Təhlükəsizliyi qurtarılan qaçqın sayının 4500-ü keçdiyini qeyd edib.Avropa Birliyinin Triton xilasetmə missiyası çərçivəsində Liviya sahillərində təşkil edilən əməliyyatlara Xorvatiya donanması, "Sərhədsiz Həkimlər" təşkilatı və bölgədəki ticarət gəmiləri də dəstək verib.
Qaçqınların bir çoxunun rezin şişmə qayıqlarla səyahət etməyə çalışdığı təsbit edilib. İtaliya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə rezin qayıqların birində bir qadın cəsədinin olduğu, ancaq ölüm səbəbinin hələ məlum olmadığı qeyd edilib.