Fələstinə qarşı böyük kiber hücum edilib

Fələstinə qarşı böyük kiber hücum edilib backend

Fələstinin bir çox kommersiya qurum və təşkilatlarının son 3 gündə son illərin ən böyük kiber hücumuna məruz qaldığı bildirilib.

Qaziler.az “Timetürk.com”a istinadla xəbər verir ki, bu barədə Fələstin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilib.

Fələstinin rabitə və informasiya texnologiyaları naziri İshaq Sedr qeyd edib ki, bunlar Fələstinin son illərdə məruz qaldığı “ən böyük” kiberhücumlardır.

Sedr problemi həll etmək üçün bütün günü telekommunikasiya şirkətləri ilə koordinasiyada işləyən nazirliyin komandasına güvəndiyini bildirib.

İsrail internet saytları və böyük şirkətləri daha əvvəllər də dəfələrlə kiber hücumlara məruz qaldıqları halda, Fələstinin ilk dəfə belə bir kiber hücuma məruz qaldığı barədə açıqlama verilib.

QAZİLER.AZ

Diaspora