Xorvatiyada qaçqınların yaşadığı insanlığa sığmayan GÖRÜNTÜLƏR

Xorvatiyada qaçqınların yaşadığı insanlığa sığmayan GÖRÜNTÜLƏR backend

Xorvatiyanın Tovarnik qəsəbəsində qatara minmək üçün gözləyən qaçqınların ümidə səfəri yenə də insanlığa sığmayan görüntülərlə yadda qalıb.

APA TV-nin məlumatına görə, xorvat polisi qatara minək istəyən müharibə qurbanlarına sərt şəkildə müdaxilə edib.

Qatara minmək ərəfəsində də qarışıqlıq düşüb. Bəzi ailələr uşaqları qatara minə bilmədiklərinə görə düşürülüblər. Uşaqlarını vaqonun pəncərəsindən zorla qatara mindirmək istəyənlər də olub.

Qeyd edək ki, ölkələrindəki müharibədən qaçanlar Macarıstanın sərhədi bağlamasından sonra Xorvatiyaya sığınmışdılar.

Minlərlə suriyalının zəngin Avropa ölkələrini hədəf alan səfəri isə Serbiya üzərindən fasiləsiz davam edir. Keçən həftədən etibarən əksəriyyəti Suriyadakı müharibədən qaçan 20 mindən çox qaçqın Xorvatiyaya sığınıb.

Artan tənqidlərdən sonra Macarıstan rəhbərliyi Serbiya sərhədində olan bir keçid məntəqəsini yenidən açıb.




Diaspora