2023-cü ildə rekord istilər olacaq - XƏBƏRDARLIQ

2023-cü ildə rekord istilər olacaq - XƏBƏRDARLIQ backend

Qlobal istiləşmə ilə əlaqədar olaraq Yer kürəsinin orta temperaturu durmadan artır, nəticədə buzlaqlar tədricən yox olur və Yer kürəsi təhlükəyə doğru irəliləyir. Alimlərin fikrincə, atmosferdəki karbon qazının səviyyəsini yetərincə azaltmasaq, gələcəkdə daha ciddi təhlükələrlə üzləşə bilərik.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bu il havanın temperaturunda rekordun qırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssislərinin fikrincə, son üç ildə dünyada La Nina effekti yaşanır və bu, qlobal istilik artımını cilovlayaraq müəyyən dərəcədə “El Nino”nun qarşısını alır. “El Nino” anomal dərəcədə istiliyin artması deməkdir.

“El Nino”nun 2023-cü ilin iyun-avqust ayları arasında baş vermə ehtimalı yüzdə 55 olaraq açıqlanıb.

QAZİLER.AZ

Diaspora