13 yaşlı ukraynalı qız rus iştirakçıya görə festivalda oxumaqdan imtina etdi

13 yaşlı ukraynalı qız rus iştirakçıya görə festivalda oxumaqdan imtina etdi backend

Ukraynalı Sofiya Samolyuk İtaliyada keçiriləcək "Sanremo Junior 2023" beynəlxalq müsabiqəsində iştirakdan imtina edib.

Qaziler.az bildirir ki, onun bundan imtina etməsinin səbəbi Rusiyadan olan ifaçı olub. 13 yaşlı qız rusiyalı terrorçularla ilə eyni səhnədə oxumayacağını bildirib.

"Sanremo Junior" mahnı müsabiqəsi UNICEF beynəlxalq təşkilatının - BMT-nin Uşaq Fondunun himayəsi altında keçirilir və məqsədi uşaqların hüquq və mənafelərini müdafiə etməkdir.

Təşkilatçılar beynəlxalq müsabiqədə Rusiyadan bir ifaçının iştirak edəcəyi barədə əvvəlcədən xəbərdar etməyiblər. Bu, yarışın başlamasına bir neçə saat qalmış məlum olub.

Rusiyadan Kirill Yejov  gəlib. Onun şəkli posterdə digər iştirakçıların şəkilləri arasında yalnız mayın 3-də görünüb.

QAZİLER.AZ

 

Diaspora