Ötən çərşənbə axşamından yağan leysanların təsiri altında olan ölkədə sel və torpaq sürüşmələri baş verib. Səlahiyyətlilər 127 nəfərin həyatını itirdiyini və ölənlərin sayının arta biləcəyini açıqlayıb.
Qaziler.az bildirir ki, Afrika qitəsinin şərq hissəsində yerləşən, dənizə çıxışı olmayan Ruandada çərşənbə axşamından etibarən yağan güclü yağışlar ciddi fəsadlar törədib.
Yağışlar nəticəsində sel və torpaq sürüşmələri baş verib.
Yerli mənbələr onlarla insan itkisinin olduğunu bildirərkən, Ruanda prezidenti Paul Kaqame bu rəqəmin 127-yə yüksəldiyini açıqlayıb.
Bölgə sakinlərinin lentə aldığı görüntülərdə heyvanların da sel sularının apardığı görünür.
Ruanda Qırmızı Xaç Təşkilatı ölənlərin sayının arta biləcəyini bildirsə də, səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
QAZİLER,AZ


