Mayın 3-də Moskvanın mərkəzində daha bir pilotsuz təyyarənin uçduğu aşkarlanıb.
Qaziler.az bu barədə “RBC-Ukrayna” “Telegram” kanallarına istinadən xəbər verir.
Xəbərdə videonun müəllifi “bəli, havada nəsə uçur” deyib.
Qeyd edək ki, bundan əvvəl dron Bolşaya Polyanka küçəsi ərazisində görünüb. Bu küçə Kremldən cəmi bir neçə kilometr aralıda yerləşir.
Xatırladaq ki, bu gün Rusiyada Ukraynanın dronların köməyi ilə Kremlə hücum etməyə cəhd etdiyi iddia edilib.
QAZİLER.AZ