Raket hücumlarının erkən aşkarlanması üçün nəzərdə tutulmuş Rusiyanın "Kosmos-2222" peyki orbitdən çıxıb və Yer atmosferində yanıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Space-Track xidmətinin məlumatlarına istinadən xəbər verir. Daha əvvəl rusiyalı ekspertlər peykin məhv edilməsini öz üzərinə götürmüşdülər.
Keldış Tətbiqi Riyaziyyat İnstitutunun mütəxəssislərinin fikrincə, peyk may bayramları ətrafında orbiti tərk etməli idi. Cihaz 1992-ci ildə Plesetsk kosmodromundan aşağı Yer orbitinə buraxılıb, çəkisi 1,9 ton idi.
Məlumatda qeyd edilib ki, bu il martın sonunda “Soyuz-2.1v” raketi yeni “Kosmos-2568” peykini orbitə çıxarıb. Buraxılış Rusiya Federasiyası Müdafiə Nazirliyinin maraqları çərçivəsində həyata keçirilib.
QAZİLER.AZ