Arxeoloqlar ABŞ-ın Florida ştatında yerləşən Dry Tortugas Milli Parkında su altında qalan adadan 19-cu əsrə aid qəbiristanlığın qalıqlarını tapıblar.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, səlahiyyətlilər məzarın Dry Tortugas Milli Parkında sular altında qalan adanın Fort Cefferson qalasından tapıldığını və 1861-1865-ci illər arasında Amerika vətəndaş müharibəsi zamanı həlak olmuş işçi Con Qrerə aid olduğunu açıqlayıb.
Sulaq altında qalan adada ABŞ əsgərlərinin dəfn edilmiş ola biləcəyini və bunun üçün işlərin davam etdiyi bildirilib.
Qeyd edək ki, Fort Jefferson Amerika Vətəndaş Müharibəsi zamanı hərbi həbsxana kimi istifadə olunub. Ətraf adalar isə dəniz postu, mayak stansiyası, dəniz xəstəxanası, karantin xəstəxanası və hərbi təlim poliqonu kimi xidmət göstərib.
QAZİLER.AZ

