Avropa İttifaqı (Aİ) bir il ərzində Ukraynaya bir milyon artilleriya mərmisi verəcək.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu daxili bazar üzrə Avropa komissarı Tyeri Breton bildirib.
"Avropa İttifaqı Ukraynaya qarşıdakı 12 ay ərzində bir milyon artilleriya mərmisi tədarük etməyi öhdəsinə götürüb" deyən Breton, bu iş üçün Avropa Sülh Fondundan 1 milyard avro və Aİ-nin müdafiə büdcəsindən daha 500 milyon avro ayrılacağını bildirib.
QAZİLER.AZ