Serbiyanın Daxili İşlər Nazirliyindən verilən açıqlamada Belqradda Vladislav Ribnikar ibtidai məktəbinin 7-ci sinif şagirdinin səhər saatlarında mühafizəçilərə və şagirdlərə atəş açdığı qeyd edilib.
Qaziler.az xəbər verir ki, hücum nəticəsində məktəbin mühafizəçisinin həyatını itirdiyi, 5 şagirdin isə yaralandığı bildirilib.
Daha sonra ölənlərin sayının 9-a çatdığı haqda məlumat verilib.
Yaralı şagirdlərin xəstəxanaya aparıldığı bildirilən açıqlamada şagirdlərdən birinin başından yaralandığına görə əməliyyat olunduğu bildirilib.
Açıqlamada hücumu atasına məxsus silahla törətdiyi ehtimal edilən uşağın nəzarətə götürüldüyü bildirilib.
Mənbə: Reuters, TRTHaber
QAZİLER.AZ