Dəhşətli hadisə Avstraliyada baş verib.
Qaziler.az bildirir ki, dostları ilə balıq tutarkən yoxa çıxan 65 yaşlı kişinin meyiti polislər tərəfindən timsahın qarnında aşkarlanıb.
Balıqçı Kevin Darmodini sonuncu dəfə şənbə günü duzlu su timsahlarının yaşayış yeri kimi tanınan Şimali Kvinslanın Kennedys Bend bölgəsində görüblər.
Polis iki gün ərzində ərazidə axtarış apardıqdan sonra iki böyük timsahı öldürüb və onlardan birinin mədəsində insan qalıqları tapıb.
Cəsədin şəxsiyyəti hələ ki, rəsmi olaraq müəyyən edilməyib, lakin polis bunu 65 yaşlı kişinin axtarışlarının "faciəli sonu" kimi təsvir edib.
Timsahlardan yalnız birində insan qalıqları tapılıb, lakin rəsmilər hər iki timsahın hadisəyə qarışdığını düşünürlər.
Mənbə: BBC, TRTHaber