Atəşkəs cümə axşamından etibarən baş tuta bilər. Hələ ki döyüşlər gedir.
Qaziler.az bildirir ki, ağır silahların tətbiq edildiyi küçə döyüşlərinin hələ də davam etdiyi Sudanda döyüşən tərəflər 7 günlük atəşkəslə razılaşıblar.
“Reuters”in məlumatına görə, razılaşmaya Cənubi Sudan prezidenti Salva Kiir vasitəçilik edib. İlk uzunmüddətli atəşkəs mayın 4-də başlamalı və mayın 11-dək davam etməlidir.
QAZİLER.AZ