Xəstə təcili yardım maşınından düşərək dünyasını dəyişib

Xəstə təcili yardım maşınından düşərək dünyasını dəyişib backend

İngiltərədə 66 yaşlı xəstə təcili yardım maşınından düşərək öldü.

Böyük Britaniya sakini xəstəxanaya aparılarkən təcili yardım maşınından yıxılaraq ölüb.

Qaziler.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.

Səhər saatlarında 66 yaşlı Anita Vudford dializ müalicəsi üçün evindən xəstəxanaya aparılıb. Xəstə yanlış əlil arabasına yerləşdirilib və o, xəstəxana ərazisində təcili yardım maşınından endirilən zaman aşağı yuvarlanıb. Hadisə nəticəsində qadın başından və boyun nahiyəsindən xəsarət alıb və iki həftə sonra dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora