Fil onu "aldadan" qadına hücum etdi - VİDEO

Fil onu "aldadan" qadına hücum etdi - VİDEO backend

Hindistanda əlindəki bananı filə göstərən qadın sərt hücumun hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri "Gərək bir neçə sınıq olaydı. Fillərə qarşı təkəbbür göstərməyin" şərhini yazıblar.

Qaziler.az bildirir ki, Cənubi Asiya ölkəsi Hindistanda faciəvi hadisə qeydə alınıb.

Bir qadın yaxınlaşan filə banan göstərərək əylənmək istəyib, lakin işlər planlaşdırıldığı kimi getməyib.


Bananı almaq üçün hərəkətə keçən filin gözləntisinə cavab verməyən qadın bir müddət bu hərəkətini davam etdirib. Bananı ona verməyib.

Bu zaman qadın geriyə gedərkən fil də onun arxasınca düşüb. Gülən qadın gözlənilmədən nəhəng heyvanın hücumuna məruz qalıb.

Fil hücum etdiyi qadını arxaya atıb. 

Sosial mediada gündəm olan anlarla bağlı: “Fil əhliləşdirilsə də, onu aldada bilməzsən”, - şərhlər yazılıb.

Başqa bir istifadəçi: “Ümid edirəm ki, o, hücumdan sağ çıxıb” yazıb.

"O, yəqin ki, bir neçə sınıqdan əziyyət çəkib. İnsanlar vəhşi təbiətin möhtəşəm və əzəmətli bir ruh olduğunu anlamalı və onların varlığına hörmətlə yanaşmalıdırlar. Onlara qarşı təkəbbür göstərməyin".

QAZİLER.AZ

Diaspora