29 yaşlı qarışıq döyüş üzrə döyüşçü Felipe Kolares Braziliyanın Rio-de-Janeyro şəhərində vəfat edib.
Qaziler.az-ın məlumatına görə, “nyus.ru” “Globo” nəşrinə istinadla xəbər verir.
İdmançı məşqdən qayıdarkən onu avtobus vurub. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, onu xilas etmək mümkün olmayıb. Kolares aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Felipe ailəli və 10 aylıq uşağı olub.
Felipe Colares 2019-cu ildən 2022-ci ilə qədər UFC-də yarışıb. O, ağır çəki divizionunu təmsil edib və 6 döyüş keçirib, 2 qələbə qazanıb və 4 dəfə məğlub olub.
QAZİLER.AZ