Çin Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa məcbur etməlidir - ABŞ səfiri

Çin Rusiyanı qoşunlarını Ukraynadan çıxarmağa məcbur etməlidir -  ABŞ səfiri backend

Qərb ölkələri Çinin Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına təsir göstərəcəyini gözləyir. Pekin Moskvaya qarşı daha sərt davranmalıdır.

Qaziler.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Berns deyib.

Onun sözlərinə görə, Qərbə lazımdır ki, Çin Rusiyadan öz hərbçilərini Ukrayna ərazisindən çıxarmağa məcbur etsin və Ukrayna bütövlükdə suveren olsun.

Berns həmçinin qeyd edib ki, Çin prezidenti Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbət “ilk yaxşı addım” olub, lakin bundan sonra hansısa addımın olub-olmayacağı bəlli deyil.

Berns vurğulayıb ki, ölkəsi Çin silahlarının Rusiyaya ötürülməsini çox diqqətlə izləyir.

“Biz çinlilərin bunu etdiyinə dair sübut görməmişik, lakin biz bunu izləməyə davam edirik” dedi.

QAZİLER.AZ

 

 

Diaspora