Elon Musk hər yerə təyyarə ilə gedir

Elon Musk hər yerə təyyarə ilə gedir backend

“Institute for Policy Studies and Patriotic Millionaires”in apardığı araşdırmaya görə “Twitter”, “Tesla” və “SpaceX”in sahib İlon Mask hər gün şəxsi təyyarəsi ilə uçur.

Qaziler.az HaberGlobal-a istinadla xəbər verir ki, amerikalı milyarder şəxsi təyyarəsindən ən çox istifadə edən şəxslərin siyahısına daxil olub.

Səyahət proqramı ilə ABŞ-ın ən aktiv şəxsi təyyarə istifadəçisi olaraq önə çıxan Musk, 2022-ci ildə 837 min 934 litr təyyarə yanacağı istehlak edərək havaya tonlarla karbon qazı buraxıb. Bu, orta amerikalının karbon izindən 132 dəfə yüksəkdir.

Dörd təyyarə kolleksiyası olan Mask ən son Gulfstream G700 təyyarəsini 78 milyon dollara alıb.

Hesabatda qeyd edilir ki, yüksək gəlirli insanlar iqlim dəyişikliyi ilə mübarizəyə zərər vermək üçün tez-tez şəxsi təyyarələrdən istifadə edirlər. 5 dəqiqəlik reaktiv uçuş hər bir sərnişinə kommersiya uçuşlarından 10 dəfə çox çirkləndirici təsir göstərir.

QAZİLER.AZ

Diaspora