İngiltərə mətbuatında yer alan xəbərə görə, psixi sağlamlıq problemi olan minlərlə uşaq başqa xəstəxanalara göndərilərək uyğun olmayan şəraitdə müalicə oluna bilmir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Məlumatın açıqladığı yeni rəqəmlər göstərir ki, İngiltərə Xalq Sağlamlığı Mərkəzi mütəxəssis çatışmazlığı və xəstələrin sayının artması ilə mübarizə apardığı üçün keçən il psixi sağlamlıq xidmətinə ehtiyacı olan ən azı 2838 uşaq qeyri-psixiatrik xəstəxanalara yerləşdirilib.
Bəzi xəstələrin bir ildən artıq məcbur olub xəstəxanada qaldığı və tibbi personalın təlim keçə bilmədiği ifadə edilib.
Baş tibb bacısı “The Independent”ə bildirib ki, işçilərin təlimləndirilməsi üçün uşaqları pediatriya palatalarında saxlamaq məcburiyyətində olurlar, bu isə həm xəstələr, həm də işçilər üçün travmaya səbəb olur.
Elizabeth Grady adlı bir qadın “The Independent”ə bildirib ki, yemək pozğunluğu olan yeniyetmə qızını 14 həftə ümumi uşaq şöbəsində qalmağa məcbur ediblər və psixi sağlamlıq yatağında gözləyərkən hər gün təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.
QAZİLER.AZ