Uqandanın Əmək, Məşğulluq və Sənaye Münasibətləri üzrə dövlət naziri polkovnik Çarlz Okello Engola evində mühafizəçisi tərəfindən güllələnərək öldürülüb.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Uqanda parlamentinin spikeri Anita Among açıqlama verib. O, bildirib ki, "Bu səhər əmək, məşğulluq və sənaye işləri üzrə dövlət naziri polkovnik Çarlz Okello Engolanın mühafizəçisi tərəfindən öldürüldüyü, daha sonra isə mühafizəçisinin də özünü vurduğuna dair xəbər aldım. Hüzur içində olsunlar”.
Adı açıqlanmayan mühafizəçi ilə Enqola arasındakı mübahisənin səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Yüksək səviyyəli vəzifələrdə çalışan polkovnik Engola bundan əvvəl də müdafiə nazirinin müavini olub.
Nazir Engolanın mühafizəçisinin başından vurulan fotosu sosial şəbəkədə paylaşılıb.
QAZİLER.AZ
