“Google”dan istefa verən məşhur mühəndis "süni intellekt"lə bağlı xəbərdarlıq edib.
Qaziler.az TRT Haber-ə istinadla xəbər verir ki, ABŞ mediası “süni intellektin atası” kimi tanınan kompüter mühəndisi Geoffrey Hintonun süni zəkanın təhlükələri barədə danışmaq üçün “Google”dakı işindən ayrıldığını yazıb.
“New York Times”a danışan Hinton süni intellektdəki irəliləyişlərin cəmiyyət və insanlıq üçün böyük risklər yaratdığını deyib.
İndiki ilə beş il əvvəlki dövrü müqayisə etmək istəyən Hinton, "Bu fərqi götürün və gələcəyə doğru yay. Bu qorxuludur", ifadəsini işlədib.
Təcrübəli mühəndis deyib ki, texnologiya nəhəngləri arasında rəqabət şirkətləri "təhlükəli sürətlə" yeni süni intellekt texnologiyalarını tətbiq etməyə sövq edir, biznesi riskə atır və dezinformasiya yayır.
QAZİLER.AZ